“Bugünkü qollar bunun sübutu idi” – Sarri

İtaliya A Seriyasının 29-cu turu çərçivəsində “Cenoa”ya 3:1 hesabı ilə qalib gələn “Yuventus”un baş məşqçisi Mauritsio Sarri açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sarri, qələbə qazandıqları oyunu və futbolçuların çıxışını dəyərləndirib:

“Komanda uğurlu çıxış etdi. Tez-tez hücum edirdik və gözəl oyun  göstərərək, üç qol vurduq. İtaliya kubokundakı xəyal qırıqlığından sonra çox yaxşıyıq.

Miralem Pyaniç çox yaxşı çalışır və yaxşı vəziyyətdədir. Kriştiano Ronaldo da təhlükəli epizodlar yaradırdı. O və Paulo Dibala meydanda bir-birlərini daha çox axtarırlar və daha çox fayda verirlər. Bugünkü qollar bunun sübutu idi”.