“Trabzonspor”a bir qol bəs etdi

Futbol üzrə Türkiyə Super Liqasında 23-cü tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. Turun açılış matçında lider “Fənərbaxça” “Hatayspor”la səfərdə qarşılaşıb və çətin qələbəyə sevinib. Super Liqanın son çempionu “Başakşəhər” “Qalatasaray”la üz-üzə gəlib. İstanbul derbisində meydan sahibləri darmadağına seviniblər. “Rizəspor” isə “Kasımpaşa” ilə üz-üzə gəlib. Bu görüş də heç-heçə bitib.

İkinci oyun günündə daha beş görüş baş tutub. “Sivasspor” – “Ərzurumspor” və “Konyaspor” – “Gənclərbirliyi” matçında qapılara qol vurulmayıb. “Kayserispor” – “Alanyaspor” görüşü də heç-heçə bitib. “Fatih Karagümrük” isə “Qaziantep” üzərində inamlı qələbəyə sevinib.

Turnir cədvəlinin ikinci sırasında yer alan “Beşiktaş” bu turda “Antalyaspor”un müqavimətini qırmağa çalışıb. Lakin İstanbul təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.

Dörd qolun qeydə alındığı “Göztəpə” – “Yeni Malatyaspor” matçında qalib müəyyənləşməyib.

Turun son matçında “Trabzonspor”la “Dənizlispor” üz-üzə gəlib. Trabzon təmsilçisi doğma meydanda minimal hesabla qalib gəlib.

Türkiyə Super Liqası, 23-cü tur

2 fevral

Hatayspor – Fənərbaxça 1:2
Qol
: Bupendza, 90 – Tiam, 26. Bilonq, 88-öz qapısına.

Qalatasaray – Başakşəhər 3:0
Qol
: Onyekuru, 45. Donk, 64. Mustafa, 90+2-pen.

Rizəspor – Kasımpaşa 1:1
Qol
: D.Erdoğan, 85 – Telin, 90+1.

3 fevral

Sivasspor – Ərzurumspor 0:0

Fatih Karagümrük – Qaziantep 2:0
Qol
: Ndao, 58. Borini, 64.

Kayserispor – Alanyaspor 1:1
Qol
: Maqliça, 54 – Tsavellas, 79.

Antalyaspor – Beşiktaş 1:1
Qol
: Bayrakdar, 39 – Vida, 73.

Konyaspor – Gənclərbirliyi 0:0

4 fevral

Göztəpə – Yeni Malatyaspor 2:2
Qol
: Ndiaye, 13; 73 – Mallan, 39. A.İldiz, 81.

Trabzonspor – Dənizlispor 1:0
Qol
: Bakasetas, 61.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button