“Beşiktaş” “Trabzonspor”a evdə uduzdu

Futbol üzrə Türkiyə Super Liqasında 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Əvvəlcə “Yeni Malatyaspor” doğma meydanda “Fatih Karagümrük”ü qəbul edib. Bu oyunda qapılara qol vurulmayıb. Günün son matçında “Qalatasaray” mövsümün uğurlu komandalarından olan “Qaziantep”in müqavimətini qırmağa çalışıb. İstanbul təmsilçisi bu oyundan çətin qələbə ilə ayrılıb.

Şənbə günü daha üç görüş baş tutub. Son çempion “Başakşəhər” bu dəfə doğma meydanda “Hatayspor”u sınağa çəkib və böyük hesabla uduzub. Heyətini Məsut Özillə gücləndirən “Fənərbaxça” isə “Rizəspor”la ev oyununda minimal hesabla üstün olub. “Kasımpaşa” da evdə “Kayserispor”a məğlub olub. “Alanyaspor” – “Sivasspor” matçı isə güclü yağış səbəbindən sabaha təxirə salınıb.

Sonuncu oyun günündə beş görüş baş tutub. “Ərzurumspor” “Ankaragücü”nü, “Alanyaspor” “Sivasspor”u, “Dənizlispor” “Göztəpə”ni məğlub yola salıb. “Gənclərbirliyi” evdə “Antalyaspor”la oyundan məğlub ayrılıb.

Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider “Beşiktaş” doğma meydanda bir neçə gün əvvəl Türkiyə superkubokunu qazanan “Trabzonspor”un müqavimətini qırmağa çalışıb. Lakin üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə başa çatıb.

Türkiyə Super Liqası, 22-ci tur

29 yanvar

Yeni Malatyaspor – Fatih Karagümrük 0:0

Qaziantep – Qalatasaray 1:2
Qol
: Maksim, 90+7-pen – Onyekuru, 51; 79.

30 yanvar

Kasımpaşa – Kayserispor 0:1
Qol
: U.Demirok, 90+3.

Başakşəhər – Hatayspor 1:5
Qol
: Kamara, 80-öz qapısına – Diuf, 11; 57. Akintola, 21-pen. Bupendza, 43-pen; 68.

Fənərbaxça – Rizəspor 1:0
Qol
: Akkan, 45+1-öz qapısına.

31 yanvar

Ərzurumspor – Ankaragücü 1:0
Qol
: C.Alkılıç, 68.

Alanyaspor – Sivasspor 3:1
Qol
: F.Aksoy, 14. Davidson, 45+2. Babakar, 60 – Qradel, 90-pen.

Gənclərbirliyi – Antalyaspor 0:1
Qol
: S.Şam, 87.

Dənizlispor – Göztəpə 2:1
Qol
: R.Niyaz, 42. Mesanoviç, 79 – Mihoeviç, 69.

Beşiktaş – Trabzonspor 1:2
Qol
: Abubakar, 30 – Montero, 44-öz qapısına. Hüqo, 63.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 15 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button