“Trabzonspor” evdə xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Turun açılış matçında lider “Beşiktaş” İzmir səfərində “Altay”la qarşılaşıb. İstanbul təmsilçisi bu oyunda hesabı açan tərəf olsa da, sonda izmirlilər əzmkar qələbəyə seviniblər.

Ötən tur “Kayserispor”a üç cavabsız qolla uduzan “Qalatasaray”ın budəfəki rəqibi “Göztəpə” olub. İstanbul təmsilçisi doğma meydanda əzmkar qələbəyə seinib. “Fənərbaxça” da çətin “Hatayspor” səfərindən qələbə ilə dönməyi bacarıb. “Başakşəhər” doğma meydanda “Rizəspor”a böyük hesabla qalib gəlibsə, “Girəsunspor” – “Kayserispor” matçı bərabərliklə yekunlaşıb.

Sonuncu oyun günündə iki görüş baş tutub. Dörd qolun qeydə alındığı “Kasımpaşa” – “Konyaspor” matçında heç-heçə qeydə alınıb. Turun son matçında “Trabzonspor” doğma meydanda “Alanyaspor”u qəbul edib. Bu görüşdə də qalib müəyyənləşməyib.

Türkiyə Super Liqası, 7-ci tur

24 sentyabr

Altay – Beşiktaş 2:1
Qol
: Kappel, 57. Bamba, 88 – G.Yalçın, 47.

25 sentyabr

Sivasspor – Fatih Karagümrük 4:0
Qol
: Kayode, 1. Qutas, 50. Feliks, 56. Qradel, 71.

Antalyaspor – Yeni Malatyaspor 1:0
Qol
: G.Vural, 89.

Adana Dəmirspor – Qaziantep 4:0
Qol
: Y.Akgün, 12. Koker, 65-öz qapısına. Balotelli, 78. Assombalonqa, 85-pen.

26 sentyabr

Girəsunspor – Kayserispor 1:1
Qol
: Diabate, 21 – Attamah, 17.

Başakşəhər – Rizəspor 3:0
Qol
: Okaka, 25; 55; 75.

Hatayspor – Fənərbaxça 1:2
Qol
: S.Luis, 70 – Rossi, 17. Novak, 29.

Qalatasaray – Göztəpə 2:1
Qol
: H.Dərvişoğlu, 49. Morutan, 56 – Ndiaye, 43.

27 sentyabr

Kasımpaşa – Konyaspor 2:2
Qol
: Travnik, 29. U.Bozok, 63-pen – Koka, 18. S.Gürler, 21.

Trabzonspor – Alanyaspor 1:1
Qol
: Kornelius, 42 – Dyedyu, 36.

Bombardir: Aleksandar Peşiç (“Fatih Karagümrük”) – 5 qol.