“Fənərbaxça” səfərdə xal itirdi

Futbol üzrə Türkiyə Super Liqasında 38-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Autsayderlər qrupunda yer alan “Gənclərbirliyi” səfərdə “Hatayspor”la qarşılaşıb. Dörd qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Kayserispor” doğma meydanda “Dənizlispor”la qarşılaşıb. Doqquz qolun qeydə alındığı oyunda meydan sahibləri darmadağına seviniblər. “Göztəpə” – “Trabzonspor” və “Fatih Karagümrük” – “Antalyaspor” oyunlarında qalib müəyyənləşməyib.

“Qalatasaray” bu turda “Konyaspor”u qəbul edib. İstanbul təmsilçisi doğma meydanda minimal hesabla qalib gəlib. Lider “Beşiktaş” isə “Rizəspor” səfərindən qələbə ilə dönməyi bacarıb.

Sonuncu oyun günündə dörd qarşılaşma baş tutub. Səfərdə “Ərzurumspor”la qarşılaşan “Başakşəhər” turu qələbə ilə başa vurub. “Sivasspor” “Yeni Malatyaspor”a evdə, “Qaziantep” isə “Ankaragücü”nə səfərdə qalib gəlib. Son üç oyunda qələbə qazanan “Fənərbaxça” bu dəfə “Alanyaspor”un qonağı olub. Bu görüşdə qapılara qol vurulmayıb.

Türkiyə Super Liqası, 38-ci tur

27 aprel

Hatayspor – Gənclərbirliyi 3:1
Qol
: Abid, 8. Diuf, 51; 84 – Piris, 78.

28 aprel

Göztəpə – Trabzonspor 1:1
Qol
: Yahoviç, 45+1 – Ekuban, 88.

Fatih Karagümrük – Antalyaspor 2:2
Qol
: E.Albayrak, 13-öz qapısına. Borini, 24 – Fredi, 4. Amilton, 90+3.

Kayserispor – Dənizlispor 6:3
Qol
: İ.Parlak, 18; 60. Avramovski, 26; 45+4. N.Paz, 51. M.Okutan, 90+4 – A.Sağal, 31. Mesanoviç, 81. S.Aytac, 90.

Qalatasaray – Konyaspor 1:0
Qol: E.Akbaba, 87.

Rizəspor – Beşiktaş 2:3
Qol
: İ.Köybaşı, 87. Djokoviç, 89 – Nkudu, 16. G.Töre, 57. Gezzal, 75.

29 aprel

Ərzurumspor – Başakşəhər 1:2
Qol
: E.Bassan, 5 – Şadli, 58-pen. Gulbrandsen, 84.

Sivasspor – Yeni Malatyaspor 1:0
Qol
: J.Feliks, 88.

Alanyaspor – Fənərbaxça 0:0

Ankaragücü – Qaziantep 0:1
Qol
: A.Souza, 85.

Bombardir: Aaron Bupendza (Hatayspor) – 21 qol.