“Şans az olsa da, məqsəd avrokuboklara vəsiqə qazanmaqdır” – Demçenko

“Araz-Naxçıvan” bu gün Azərbaycan Premyer Liqasının 29-cu turunda “Qəbələ”nin qonağı olub.

Komanda.az xəbər verir ki, oyundan sonra Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenkonun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssis 1:1 hesabı ilə başa çatan matçı belə şərh edib:

“Oyunumuz bu gün hardasa alındı. Bilirdik ki, rəqibimiz sürətli əks-hücumlar qura bilir. Belə üstünlükləri qola çevirmək olar. Futbolda ikinci qayda da var ki, sən qol vura bilirsənsə, rəqib səni cəzalandıracaq. Bu da başımıza gəldi və qapımızda qol gördük. Bəzən futbol xırda detallardan asılı olur. Oyunun sonunda qol vurmaq imkanımız oldu, amma fərqlənə bilmədik.

Bura gələndə müasir komanda yaratmaq istədik. Topa sahib olmaq və texnikalı futbola üstünlük verməyə çalışdıq. Çünki texnika özgüvən verir. Bu baxımdan, texnikadan razı deyiləm. Bu komandanı mən qurmamışam. Əlimizdə olan futbolçularla davam edirik. Turnir cədvəli bizə göstərir ki, o qədər də yaxşı vəziyyətdə deyilik. Avrokuboklar şansımız az qalıb. Müqaviləmin müddəti 2026-cı ilin mayına qədərdir. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Mövsümün sonunda necə olacağını bilmirəm. Hər bir məşqçi bütün məsuliyyəti öz üzərinə götürür. “Gəmi”nin kapitanı mənəm və bütün nəticələrə görə məsuliyyət daşıyıram”.

“Araz-Naxçıvan” növbəti turda “İmişli” ilə qarşılaşacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button