A Seriyasında mövsümə yekun vuruldu

Futbol üzrə İtaliya A Seriyasında 2020/21 mövsümünün sonuncu – 38-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. “Kalyari” “Cenoa”nı qəbul edib və minimal hesabla uduzub. “Krotone” isə “Fiorentina”nı sınağa çəkib. Tərəflər meydanı qolsuz tərk ediblər. A Seriyasını tərk edəcəyi dəqiqləşən “Parma” səfərdə “Sampdoriya” ilə qarşılaşıb. Bu oyunda meydan sahibləri darmadağına seviniblər.

Çempion “İnter”in son turdakı rəqibi “Udineze” olub. Milanlılar mövsümün son matçında darmadağına seviniblər.

Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Milan” çətin “Atalanta” səfərindən inamlı qələbə ilə dönüb. “Napoli” və “Yuventus” komandaları da ÇL-ə vəsiqə üçün son oyunlarına çıxıblar. Neapol təmsilçisi doğma meydanda qarşılaşdğı “Verona” ilə oyunda xal itirməklə böyük şansı son anda əldən verib. Əvəzində Turin klubu səfərdə “Bolonya” üzərində darmadağına sevinib və ÇL-ə vəsiqə qazanıb.

Beləliklə, “İnter”in çempion kimi başa vurduğu bu mövsümün gümüş mükafatçısı “Milan”, bürünc medalçısı isə “Atalanta” olub. “Yuventus” da dördüncü yeri tutmaqla bu komandalarla birgə UEFA Çempionlar Liqasında oynamaq şansı qazanıb. Beşinci və altıncı pillələri tutan “Napoli” ilə “Latsio” İtaliyanı Avropa Liqasında təmsilç edəcək. Yeddinci olan “Roma” isə Avropa Konfrans Liqasında mübarizə aparacaq.

Son üç pilləni tutan “Benevento”, “Krotone” və “Parma” isə elitanı tərk edib.

İtaliya A Seriyası, 38-ci tur

22 may

Kalyari – Cenoa 0:1
Qol
: Şomurodov, 15.

Krotone – Fiorentina 0:0

Sampdoriya – Parma 3:0
Qol
: Kvalyarella, 20. Kolli, 44. Qabbyadini, 64.

23 may

İnter – Udineze 5:1
Qol
: Yanq, 8. Eriksen, 44. Martines, 55. Perişiç, 64. Lukaku, 71 – Pereyra, 79.

Atalanta – Milan 0:2
Qol
: Kessye, 43-pen; 90+2-pen.

Bolonya – Yuventus 1:4
Qol
: Orsolini, 86 – Kyeza, 6. Morata, 29; 47. Rabyo, 45.

Napoli – Verona 1:1
Qol
: Rahmani, 60 – Faraoni, 69.

Sassuolo – Latsio 2:0
Qol
: Kiriakopulos, 10. Berardi, 78.

Spetsiya – Roma 2:2
Qol
: Verde, 6. Pobeqa, 38 – El Şaravi, 52. Mxitaryan, 85.

Torino – Benevento 1:1
Qol
: Bremer, 29 – Tello, 72.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 26 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button