Son oyunda heç-heçə

Futbol üzrə İtaliya A Seriyasında 37-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Atalanta” səfərdə “Cenoa” ilə qarşılaşıb. Yeddi qolun qeydə alındığı oyundan çətin qələbə ilə ayrılan “Atalanta” ÇL-ə vəsiqəni təmin edib. Ötən tur “Milan”a 0:7 hesabıyla məğlub olan “Torino” bu dəfə “Spetsiya”nın qonağı olub və yenə böyük hesabla uduzub.

Turun mərkəzi görüşü Turində keçirilib. Çempion “İnter” burda “Yuventus”un müqavimətini qırmağa çalışıb. Amma beş qolun vurulduğu oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. Paytaxt derbisində isə “Roma” ilə “Latsio” münasibətlərinə aydınlıq gətirib. “Canavarlar” bu oyunda iki cavabsız qolla qalib gəliblər.

Bazar günü daha beş görüş baş tutub. “Benevento” – “Krotone” matçında qalib müəyyənləşməyib. “Sampdoriya” səfərdə “Udineze”yə, “Sassuolo” isə “Parma”ya qalib gəlib. “Fiorentina”nın qonağı olan “Napoli” də qalib gəlməklə UEFA Çempionlar Liqasına vəsiqə şanslarını yaxşılaşdırıb. “Milan” isə “Kalyari” ilə ev oyununda xal itirsə də, üçüncü pillədəki mövqeyini qoruyub.

Sonuncu oyun günündə “Verona” evdə “Bolonya” ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib.

İtaliya A Seriyası, 37-ci tur

15 may

Cenoa – Atalanta 3:4
Qol
: Şomurodov, 48; 84. Pandev, 67-pen – Sapata, 9. Malinovski, 26. Qosens, 44. Paşaliç, 51.

Spetsiya – Torino 4:1
Qol
: Saponara, 19. Nzola, 41-pen; 74. Erliç, 84 – Belotti, 54-pen.

Yuventus – İnter 3:2
Qol
: Ronaldo, 24. Kuadrado, 45+3; 88 – Lukaku, 35-pen. Kyellini, 83-öz qapısına.

Roma – Latsio 2:0
Qol
: Mxitaryan, 42. Pedro, 78.

16 may

Fiorentina – Napoli 0:2
Qol
: İnsinye, 56. Venuti, 67-öz qapısına.

Benevento – Krotone 1:1
Qol
: Lapadula, 13 – Simi, 90+3.

Udineze – Sampdoriya 0:1
Qol
: Kvalyarella, 88.

Parma – Sassuolo 1:3
Qol
: B.Alves, 32 – Lokatelli, 25-pen. Defrel, 62. Boqa, 69.

Milan – Kalyari 0:0

17 may

Verona – Bolonya 2:2
Qol
: Faraoni, 2. Kaliniç, 53 – De Silvestri, 32. Palasio, 82.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 26 qol.