“Napoli” “Latsio”nu darmadağınla yola saldı

Futbol üzrə İtaliya A Seriyasında 32-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Verona” doğma meydanda “Fiorentina”nı sınağa çəkib. Üç qolun qeydə alındığı bu oyunda qonaqlar qələbəni bayram ediblər.

“Milan” bu turda “Sassuolo”nu qəbul edib və doğma meydanda məğlubiyyətə üzülüb. “Yuventus” isə “Parma” ilə ev oyununda inamlı qələbəyə sevinib. Lider “İnter”in bu turdakı rəqibi “Spetsiya” olub. Milan təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb.

“Cenoa” – “Benevento” və “Bolonya” – “Torino” matçlarında qalib müəyyənləşməyib. “Krotone” evdə “Sampdoriya”ya, “Udineze” isə “Kalyari”yə məğlub olub.

Ötən tur “Yuventus”u məğlub edən “Atalanta” bu dəfə “Roma”nın qonağı olub. Komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. Turun son matçında “Napoli” doğma meydanda “Latsio” ilə münasibətlərinə aydınlıq gətirib. Yeddi qolun qeydə alındığı qarşılaşmada meydan sahibləri darmadağına seviniblər.

İtaliya A Seriyası, 32-ci tur

20 aprel

Verona – Fiorentina 1:2
Qol
: Salsedo, 72 – Vlahoviç, 45+2-pen. Kaseres, 65.

21 aprel

Milan – Sassuolo 1:2
Qol
: H.Çalhanoğlu, 30 – Raspadori, 76; 83.

Cenoa – Benevento 2:2
Qol
: Pandev, 11; 21 – Viola, 5. Lapadula, 15.

Bolonya – Torino 1:1
Qol
: Barrov, 25 – Mandraqora, 58.

Krotone – Sampdoriya 0:1
Qol
: Kvalyarella, 53.

Yuventus – Parma 3:1
Qol
: A.Sandro, 43; 47. De Liqt, 68 – Bruqman, 25.

Spetsiya – İnter 1:1
Qol
: Farrias, 12 – Perişiç, 39.

Udineze – Kalyari 0:1
Qol
: J.Pedro, 55.

22 aprel

Roma – Atalanta 1:1
Qol
: Kristante, 75 – Malinovski, 26.

Napoli – Latsio 5:2
Qol
: İnsinye, 7; 53. Politano, 12. Mertens, 65. Osimhen, 80 – İmmobile, 70. Milinkoviç-Saviç, 74.

Bombardir: Kriştiano Ronaldo (Yuventus) – 24 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button