“Napoli” xal itirdi, “Milan”la “İnter” “sülh” bağladı

Futbol üzrə İtaliya A Seriyasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turnir cədvəlinin 17-ci sırasında qərarlaşan “Cenoa” səfərdə “Empoli”nin qonağı olub. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

“Yuventus” bu turda “Fiorentina”nı qəbul edib və minimal hesabla qalib gəlib. Turinin digər təmsilçisi “Torino” isə səfərdə “Spetsiya”ya uduzub. “Atalanta” da səfərdə “Kalyari”ni üstələyib.

“Roma” “Venetsiya” səfərinə yollanıb və məğlubuyyətlə üzləşib. Lider “Napoli” isə “Verona”nın müqavimətini qırmağı bacarmayıb və xal itkisi ilə üzləşib.

Turun mərkəzi görüşü Milan şəhərində keçirilib. Son çempion “İnter” bu mövsüm uğurlu çıxış edən və hələ məğlub olmayan “Milan”la üz-üzə gəlib. Bu qarşılaşmada da qalib müəyyənləşməyib.

İtaliya A Seriyası, 12-ci tur

5 noyabr

Empoli – Cenoa 2:2
Qol
: Di Françesko, 62. Jurkovski, 72 – Krişito, 13-pen. Byanki, 89.

6 noyabr

Spetsiya – Torino 1:0
Qol
: Sala, 58.

Yuventus – Fiorentina 1:0
Qol
: Kuadrado, 90+1.

Kalyari – Atalanta 1:2
Qol
: J.Pedro, 27 – Paşaliç, 6. Sapata, 43.

7 noyabr

Venetsiya – Roma 3:2
Qol
: Kaldara, 3. Aramu, 65-pen. Okereke, 74 – Şomurodov, 43. Abraham, 45+2.

Sampdoriya – Bolonya 1:2
Qol
: Torsbi, 77 – Svanberq, 47. Arnautoviç, 78.

Udineze – Sassuolo 3:2
Qol
: Deulofeu, 8. Frattesi, 39-öz qapısına. Beto, 51 – Berardi, 15. Frattesi, 28.

Latsio – Salernitana 3:0
Qol
: İmmobile, 31. Pedro, 36. Alberto, 69.

Napoli – Verona 1:1
Qol
: Di Lorenso, 18 – Simeone, 13.

Milan – İnter 1:1
Qol
: De Vrey, 17-öz qapısına – H.Çalhanoğlu, 11-pen.

Bombardir: Çiro İmmobile (Latsio) – 8 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button