“Barselona”dan darmadağın

Futbol üzrə İspaniya La Liqasında 27-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış matçında “Levante” “Valensiya”nı qəbul edib. Meydan sahibləri bu oyundan minimal hesabla qalib ayrılıblar.

Çempionluq uğrunda mübarizə aparan “Real”ın bu turdakı rəqibi “Elçe” olub. Madrid təmsilçisi bu oyunda əzmkar qələbəyə sevinib.

Lider “Atletiko” “Xetafe” səfərinə yollanıb. Paytaxt klubu bu görüşdə xal itkisi ilə də üzləşib.

“Sevilya” Əndəlüs derbisində “Betis”in müqavimətini çətinliklə qırıb. “Vilyarreal” isə səfərdə “Eybar” üzərində inamlı qələbəyə sevinib.

Çempionlar Liqasında PSJ-yə uduzaraq, mübarizəni dayandıran “Barselona” “Hueska”nı qəbul edib və darmadağınla qalib gəlib.

İspaniya La Liqası, 27-ci tur

12 mart

Levante – Valensiya 1:0
Qol
: Rocer, 18.

13 mart

Alaves – Kadis 1:1
Qol
: Xoselu, 36-pen – Aleks, 84-pen.

Real – Elçe 2:1
Qol
: Benzema, 73; 90+1 – Kalvo, 61.

Osasuna – Valyadolid 0:0

Xetafe – Atletiko 0:0

14 mart

Selta – Atletik 0:0

Qranada – Real Sosyedad 1:0
Qol
: Sançes, 51.

Eybar – Vilyarreal 1:3
Qol
: Enrix, 55 – Qomes, 1. Bakka, 34. Pedrasa, 87.

Sevilya – Betis 1:0
Qol
: En Nesiri, 27.

15 mart

Barselona – Hueska 4:1
Qol
: Messi, 13; 90. Qrizmann, 35. Minqueza, 53 – Mir, 45+4-pen.

Bombardir: Lionel Messi (Barselona) – 21 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button