“Sevilya”dan inamlı qələbə

Futbol üzrə İspaniya La Liqasında 24-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Betis” doğma meydanda “Xetafe”ni sınağa çəkib. Meydan sahibləri bu oyundan minimal hesabla qalib gəlib.

Lider “Atletiko” “Levante”ni qəbul edib və gözlənilməz məğlubiyyətlə üzləşib. “Real”ın bu turdakı rəqibi isə “Valyadolid” olub. Madrid klubu səfərdə minimal hesabla qalib gələrək liderlə aradakı xal fərqini azaldıb.

“Barselona” bu turda “Kadis”i qəbul edib və xal itkisi ilə üzləşib.

Turun son matçında “Sevilya” “Osasuna”nın müqavimətini qırmağı bacarıb.

İspaniya La Liqası, 24-cü tur

19 fevral

Betis – Xetafe 1:0
Qol
: B.İqlesias, 84-pen.

20 fevral

Elçe – Eybar 1:0
Qol
: Kalvo, 33.

Atletiko – Levante 0:2
Qol
: Hermoso, 30-öz qapısına. De Frutos, 90+5.

Valensiya – Selta 2:0
Qol
: Valyexo, 90+4. Qameyro, 90+8.

Valyadolid – Real 0:1
Qol
: Kazemiro, 65.

21 fevral

Barselona – Kadis 1:1
Qol
: Messi, 32-pen – A.Fernandes, 89-pen.

Real Sosyedad – Alaves 4:0
Qol
: İsak, 41; 49; 62. Portu, 73.

Hueska – Qranada 3:2
Qol
: Eskriçe, 31. Pulido, 39. Folkye, 44-öz qapısına – Kina, 8. Soro, 59.

Atletik – Vilyarreal 1:1
Qol
: Berencer, 44 – Moreno, 16.

22 fevral

Osasuna – Sevilya 0:2
Qol
: D.Karlos, 19. De Yonq, 49.

Bombardir: Luis Suares (Atletiko), Lionel Messi (Barselona) – 16 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button