“Xetafe”dən inamlı qələbə

Futbol üzrə İspaniya La Liqasında 21-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Elçe” doğma meydanda “Vilyarreal”la üz-üzə gəlib. Meydan sahibləri bu oyunda minimal hesabla qalib gəliblər.

“Betis” bu turda doğma meydanda “Alaves”i, “Kadis” isə “Espanyol”u qəbul edib. “Betis”in 4 cavabsız qola sevindiyi günün digər matçında məhsuldar heç-heçə qeydə alınıb.

Turnir cədvəlinin 2-ci pilləsində yer alan “Sevilya” bu turda çətin “Valensiya” səfərinə yollanıb. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. “Xetafe” də “Qranada” ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Bu tur keçirilməli olan “Barselona” – “Rayo Valyekano”, “Malyorka” – “Real Sosyedad”, “Atletiko” – “Levante” matçları təxirə salınıb. “Atletik” – “Real” matçı isə komandaların superkubok matçına görə daha əvvəl baş tutub.

İspaniya La Liqası, 21-ci tur

16 yanvar

Elçe – Vilyarreal 1:0
Qol
: Boye, 78.

18 yanvar

Betis – Alaves 4:0
Qol
: B.İqlesias, 11; 41. Kanales, 29. Xuanmi, 54.

Kadis – Espanyol 2:2
Qol
: Neqredo, 55. Alexo, 90+1 – Morlanes, 10. De Tomas, 90+6.

19 yanvar

Selta – Osasuna 2:0
Qol
: Mallo, 29. Mina, 38.

Valensiya – Sevilya 1:1
Qol
: Qedeş, 44 – Diakabi, 7-öz qapısına.

20 yanvar

Xetafe – Qranada 4:2
Qol
: S.Ramires, 10. E.Ünal, 47. Maksimoviç, 63. Mayoral, 87 – L.Suares, 13; 78.

Bombardir: Kərim Benzema (“Real”) – 17 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button