“Mançester Siti” 3 xalı 5 qolla qazandı

İngiltərə Premyer Liqasında 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış matçında “Norviç” “Sauthempton”u qəbul edib. Qonaqlar bu oyunda darmadağına seviniblər.

Turun maraqla gözlənilən qarşılaşması Londonda keçirilib. “Mançester Yunayted” paytaxtda “Tottenhem”in qonağı olub. Hesabı meydan sahibləri açsa da, “qırmızı şeytanlar” matçın sonlarında penaltidən vurduqları qol sayəsində məğlubiyyətdən xilas olublar.

Şənbə günü dörd qarşılaşma baş tutub. Səfərdə “Uotford”la qarşılaşan “Lester” xal itkisi ilə üzləşib. “Brayton”un qonağı olan “Arsenal” isə növbəti məğlubiyyətə üzülüb. “Vest Hem” evdə “Vulverhempton”a, “Bornmut” isə “Kristal Pelas”a uduzub.

Lider “Liverpul” bu turda əzəli rəqibi “Everton”la münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qapılara qol vurulmayıb. “Çelsi” “Aston Villa” ilə səfər oyunundan çətin qələbə ilə ayrılıb. “Nyukasl” isə “Şeffild Yunayted”i darmadağınla yola salıb.

“Mançester Siti” isə “Bernli” ilə qarşılaşıb və rəqibini 5 cavabsız qolla məğlub edib.

İngiltərə Premyer Liqası, 30-cu tur

19 iyun

Norviç – Sauthempton 0:3
Qol
: İnqs, 49. Armstronq, 54. Redmond, 79.

Tottenhem – Mançester Yunayted 1:1
Qol
: Berqveyn, 27 – B.Fernandes, 81-pen.

20 iyun

Uotford – Lester 1:1
Qol
: Douson, 90+3 – Çiluell, 90.

Brayton – Arsenal 2:1
Qol
: Dank, 75. Mope, 90+5 – Pepe, 68.

Vest Hem – Vulverhempton 0:2
Qol
: R.Ximenes, 73. Neto, 84.

Bornmut – Kristal Pelas 0:2
Qol
: Milivoyeviç, 12. Ayyu, 23.

21 iyun

Nyukasl – Şeffild Yunayted 3:0
Qol
: Maksimin, 55. Ritçi, 69. Joelinton, 78.

Aston Villa – Çelsi 1:2
Qol
: Hause, 43 – Pulişiç, 60. Jiru, 62.

Everton – Liverpul 0:0

22 iyun

Mançester Siti – Bernli 5:0
Qol
: Foden, 22; 63. Mahrez, 43; 45+3. D.Silva, 51.

Bombardir: Ceymi Vardi (Lester) – 19 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button