“Neftçi” Azərbaycan çempionu oldu

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün sonuncu – 28-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, turun bütün oyunları eyni gündə baş tutub. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” səfərdə “Sabah”ın qonağı olub və məğlub olaraq üçüncü yeri tutmaq şansını itirib. Nəticədə turnir cədvəlinin 4-cü sırasında yer alan “Sumqayıt”ın “Səbail”lə qarşılaşmadan qalib ayrılaraq üçüncü sıraya yüksəlib və Premyer Liqanın bürünc medallarını qazanıb. “Keşlə” isə “Qəbələ” ilə oyundan qalib ayrılaraq sonuncu pillədən qurtulub. Son pilləni isə “Səbail” tutub.

Azərbaycan Premyer Liqasında çempion da bu gün bilinib. Lider “Qarabağ” ən yaxın izləyicisi “Neftçi” ilə qarşılaşıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivə çempionluq üçün heç-heçə də sərf edirdi. “Neftçi” isə qızıl medal üçün ancaq qələbə qazanmalıydı. “Qızıl oyun”un taleyini 90-cı dəqiqədə Ahmed Ahmedovun vurduğu yeganə qol həll edib. “Neftçi” bu qələbə sayəsində uzun fasilədən sonra Azərbaycan çempionu olub.

Azərbaycan Premyer Liqası, 28-ci tur

19 may

Səbail – Sumqayıt 0:1
Qol: M.Xaçayev, 43.
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASCO Arena”, 18:00.

Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov, 15. Ayxan Bədizadə
Baş məşqçi: Aftandil Hacıyev

Sumqayıt: 1. Mehdi Cənnətov, 97. Xəyal Nəcəfov, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 11. Mehdi Şərifi, 5. Camaləddin Xocaniyazov, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 78. Dmitro Nağıyev, 21. Cabir Əmirli, 30. Nəbi Məmmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov

______________________________________________________________________________________________________________________________

Sabah – Zirə 2:1
Qol: R.Şeydayev, 21. X.S.Rodriqes, 89 – Q.Alıyev, 72-pen.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Masazır. “Bank Respublika Arena”, 18:00.

Sabah: 1. Saşa Stamenkoviç, 7. Coşqun Diniyev, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 10. Aleksey İsayev, 13. Filip İvanoviç, 30. Mario Marina, 9. Xulio Sezar Rodriqez, 3. Zurab Oçiqava, 33. Camal Cəfərov
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 31. Rustam Samigullin, 19. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 34. Bəxtiyar Həsənalızadə, 48. Dmitro Klots, 2. Amin Seydiyev, 6. Şakir Seyidov, 66. Abdulax Xaibulaev, 27. Samir Məhərrəmli, 77. Veysəl Rzayev
Baş məşqçi: Ramin Quliyev

Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 17. Rodriqo Bonqonqui, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 4. Elvin Camalov, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 9. Davit Volkov, 12. Lazar Corceviç, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov, 27. Tamerlan Burcəliyev, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov

______________________________________________________________________________________________________________________________

Keşlə – Qəbələ 3:1
Qol: Ş.Əliyev, 15. S.Rodriqes, 16. V.İsgəndərli, 90+6 – C.Adeniyi, 26.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASK Arena”, 18:00.

Keşlə: 1. Stanislav Namaşko, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 21. Miyusko Boyoviç, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 9. Anatole Abanq, 99. Rafael Məhərrəmli, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 7. Rəhman Hacıyev, 20. Rail Məlikov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 29. Yevgeni Koçuk, 22. Elçin Mustafayev, 79. Bahadur Həziyev
Baş məşqçi: Sənan Qurbanov

Qəbələ: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merabi Qiqauri, 32. Nikolas Raysel, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 74. Yusif Nəbiyev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 10. Rövlan Muradov, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı, 88. Gülağa Əsədov
Baş məşqçi: Elmar Baxşıyev

______________________________________________________________________________________________________________________________

Neftçi – Qarabağ 1:0
Qol: A.Ahmedov, 90.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev).
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Dalğa Arena”, 20:30.

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 29. Sabir Buqrin, 4. Keysuke Honda, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 91. Tallison Dias, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 20. Mert Çelik, 49. Alves De Souza, 80. İsmayıl Zülfüqarlı.
Baş məşqçi: Samir Abasov.

Qarabağ: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 9. Xayme Romero, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 95. Məmməd Hüseynov, 94. Ayhan Arazlı, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button