Azərbaycan kuboku: Yeni mövsümün püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan kubokunda 2021/2022 mövsümünün püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, AFFA-nın inzibati binasındakı tədbir saat 15:00-da başlayıb.

Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, 1-ci divizion təmsilçiləri olan “Zaqatala”, “Kəpəz”, “Qaradağ Lökbatan” və MOİK mübarizə aparacaq. “Turan Tovuz” isə ölkə kubokuna qatılmaqdan imtina edib.

Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları 10-11 dekabrda olacaq. Final isə 2022-ci il mayın 27-də gerçəkləşəcək.

Azərbaycan kuboku, 1/8 final mərhələsi

MOİK – Qəbələ
Keşlə – Qaradağ Lökbatan
Sabah – Kəpəz
Zaqatala – Səbail

1/4 final mərhələsi

Zirə / Zaqatala – Səbail
Sumqayıt / MOİK – Qəbələ
Qarabağ / Keşlə – Qaradağ Lökbatan
Neftçi / Sabah – Kəpəz

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button