İngiltərə və Almaniya darmadağınla başladı, İspaniya…

Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin ilk turunun oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan milli komandası Portuqaliya ilə qarşılaşıb. Görüş koronavirus pandemiyasına görə İtaliyada, Turin şəhərindəki “Yuventus” stadionunda keçirilib və millimizin məğlubiyyəti ilə bitib. Qrupun digər matçında Serbiya yığması İrlandiyanı qəbul edib və rəqibinə qalib gəlib.

G qrupunda yer alan Türkiyə yığması Niderlandla qarşılaşmada möhtəşəm qələbəyə sevinib. Qrupun digər matçında Erlinq Halandın formasını geyindiyi Norveç yığması səfərdə Cəbəllütariqi böyük hesabla yenib. Latviya isə Monteneqro ilə ev oyunundan məğlub ayrılıb.

Belçika millisi Uelsi, Fransa yığması isə Ukraynanı sınağa çəkib. Fransada heç-heçə qeydə alınıbsa, Belçikada meydan sahibləri inamlı qələbəyə seviniblər.

İlk turun digər oyunları bu gün keçirilib. Almaniya və İngiltərə yığmaları ilk oyunlarında darmadağına seviniblərsə, İtaliya inamlı qələbə ilə diqqət çəkib. İspaniya yığması isə seçmə mərhələyə xal itkisi ilə başlayıb.

DÇ-2022, seçmə mərhələ, 1-ci tur

24 mart

G qrupu

Türkiyə – Niderland 4:2
Qol
: B.Yılmaz, 15; 34-pen; 81. H.Çalhanoğlu, 46 – Klaassen, 75. De Yonq, 76.

Cəbəllütariq – Norveç 0:3
Qol
: Sorlot, 43. Torstvedt, 45. Svensson, 57.

Latviya – Monteneqro 1:2
Qol
: İkaunieks, 40 – Yovetiç, 41; 83.

D qrupu

Fransa – Ukrayna 1:1
Qol
: Qrizmann, 19 – Kimpembe, 57-öz qapısına.

Finlandiya – Bosniya və Herseqovina 2:2
Qol
: Pukki, 58; 77 – Pyaniç, 55. Stevanoviç, 84.

E qrupu

Belçika – Uels 3:1
Qol
: De Bruyne, 22. Hazard, 28. Lukaku, 73-pen – Uilson, 10.

Estoniya – Çexiya 2:6
Qol
: Sappinen, 12. Anyer, 86 – Şik, 18. Barak, 27. Souçek, 32; 43; 48. Yankto, 56.

A qrupu

Portuqaliya – Azərbaycan 1:0
Qol
: M.Medvedev, 37-öz qapısına.

Serbiya – İrlandiya 3:2
Qol
: Vlahoviç, 40. Mitroviç, 69; 75 – Braun, 18. Kollinz, 86.

H qrupu

Malta – Rusiya 1:3
Qol
: Mbonq, 56 – Dzyuba, 23. M.Fernandes, 35. Sobolyov, 90.

Sloveniya – Xorvatiya 1:0
Qol
: Lovriç, 15.

Kipr – Slovakiya 0:0

25 mart

C qrupu

Bolqarıstan – İsveçrə 1:3
Qol
: Despodov, 46 – Embolo, 7. Seferoviç, 10. Zuber, 12.

İtaliya – Şimali İrlandiya 2:0
Qol
: Berardi, 14. İmmobile, 39.

F qrupu

İsrail – Danimarka 0:2
Qol
: Breytveyt, 13. Vind, 67.

Şotlandiya – Avstriya 2:2
Qol
: Heynli, 71. Makqinn, 85 – Kaladziç, 55; 80.

Moldova – Farer adaları 1:1
Qol
: Nikolaesku, 9 – Olsen, 83.

B qrupu

İspaniya – Yunanıstan 1:1
Qol
: Morata, 33 – Bakasetas, 57-pen.

İsveç – Gürcüstan 1:0
Qol
: Klaesson, 35.

İ qrupu

İngiltərə – San Marino 5:0
Qol
: Uord-Prouz, 14. Kalvert-Levin, 21; 53. Sterlinq, 31. Uotkins, 83.

Macarıstan – Polşa 3:3
Qol
: R.Sallai, 6. A.Salai, 53. Orban, 78 – Pyontek, 60. Jozyak, 61. Levandovski, 83.

Andorra – Albaniya 0:1
Qol
: Lenyani, 41.

J qrupu

Almaniya – İslandiya 3:0
Qol
: Qoretska, 3. Haverts, 7. İ.Gündoğan, 56.

Rumıniya – Şimali Makedoniya 3:2
Qol
: Tanaşe, 28. Mihaila, 50. Haci, 86 – Ademi, 82. Traykovski, 83.

Lixtenşteyn – Ermənistan 0:1
Qol
: Frommel, 83-öz qapısına.

Bombardir: Burak Yılmaz (Türkiyə), Tomaş Souçek (Çexiya) – 3 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button