DÇ-2022: İngiltərə 5, Serbiya tək qolla qalib gəldi

Dünən DÇ-2022-nin seçmə mərhələsində 7-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə H, E, G və J qrupunun qarşılaşmaları keçirilib.

G qrupunda yer alan Türkiyə yığması evdə Norveçin müqavimətini qırmağa çalışsa da, bu görüşdən heç-heçə ilə ayrılıb. Qrupun digər oyununda Niderland Latviyanı səfərdə minimal hesabla üstələyib. Monteneqro isə Cəbəllütariqin qonağı olub və darmadağınla qalib gəlib.

J qrupu çərçivəsində Almaniya milli komandası Rumıniya ilə qarşılaşıb və əzmkar qələbə qazanıb. Qrupun digər oyununda Ermənistan yığması İslandiya ilə heç-heçə edib, Şimali Makedoniya isə Lixtenşteyni böyük hesabla yenib.

A qrupunda yer alan Azərbaycan milli komandası növbəti oyununa bu gün çıxıb. Canni De Byazinin rəhbərlik etdiyi kollektiv İrlandiya ilə Bakıda üz-üzə gəlib və darmadağına üzülüb. Qrupun digər matçında Lüksemburq Serbiya millisiylə qarşılaşıb və minimal hesabla uduzub.

DÇ-2022, seçmə mərhələ, 7-ci tur

8 oktyabr

H qrupu

Rusiya – Slovakiya 1:0
Qol
: Skriniar, 24-öz qapısına.

Kipr – Xorvatiya 0:3
Qol
: Perişiç, 45+2. Qvardiol, 80. Livaya, 90+2.

Malta – Sloveniya 0:4
Qol
: İliçiç, 27; 60. Şporar, 50. Sesko, 67.

E qrupu

Estoniya – Belarus 2:0
Qol
: Sorqa, 58. Zenyov, 90+3.

Çexiya – Uels 2:2
Qol
: Peşek, 38. Uard, 49-öz qapısına – Remsi, 36. D.Ceyms, 69.

G qrupu

Türkiyə – Norveç 1:1
Qol
: K.Aktürkoğlu, 6 – Torstvedt, 41.

Cəbəllütariq – Monteneqro 0:3
Qol
: Maruşiç, 7. Beqiray, 44; 68.

Latviya – Niderland 0:1
Qol
: Klaassen, 19.

J qrupu

Almaniya – Rumıniya 2:1
Qol
: Qnabri, 52. Müller, 81 – Haci, 9.

İslandiya – Ermənistan 1:1
Qol
: Yohannesson, 77 – Hovhannisyan, 35.

Lixtenşteyn – Şimali Makedoniya 0:4
Qol
: Velkovski, 39. Alioski, 66-pen. Nikolov, 74. Çurlinov, 83.

9 oktyabr

C qrupu

Litva – Bolqarıstan 3:1
Qol
: Lasitskas, 18. Çernıx, 82; 84 – Despodov, 64.

İsveçrə – Şimali İrlandiya 2:0
Qol
: Zuber, 45+3. Fassnaxt, 90+1.

D qrupu

Qazaxıstan – Bosniya və Herseqovina 0:2
Qol
: Prevlyak, 25; 66.

Finlandiya – Ukrayna 1:2
Qol
: Pukki, 29 – Yarmelonko, 4. Yaremçuk, 34.

A qrupu

Azərbaycan – İrlandiya 0:3
Qol
: K.Robinson, 7; 39. Ç.Oqbene, 90.

Lüksemburq – Serbiya 0:1
Qol
: Vlahoviç, 68.

B qrupu

İsveç – Kosovo 3:0
Qol
: Forsberq, 29-pen. İsak, 62. Kayson, 79.

Gürcüstan – Yunanıstan 0:2
Qol
: Bakasetas, 90. Pelkas, 90+5.

F qrupu

Şotlandiya – İsrail 3:2
Qol
: Makqinn, 29. Daykes, 57. Maktominay, 90+4 – Zahavi, 5. Dabbur, 32.

Moldova – Danimarka 0:4
Qol
: Olsen, 23. Kyaer, 34. Norqard, 39. Mehle, 44.

Farer adaları – Avstriya 0:2
Qol
: Laymer, 26. Zabitser, 48.

İ qrupu

Andorra – İngiltərə 0:5
Qol
: Çiluell, 17. Saka, 40. Abraham, 59. Uord-Prauz, 79. Qriliş, 86.

Polşa – San Marino 5:0
Qol
: Sviderski, 10. Brolli, 20-öz qapısına. Kedziora, 50. Buksa, 84. Pyontek, 90+1.

Macarıstan – Albaniya 0:1
Qol
: Broya, 80.

Bombardir: Aleksandar Mitroviç (Serbiya), Eran Zahavi (İsrail), Memfis Depay (Niderland) – 7 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button