“Neftçi”nin ÇL macərası başa çatdı

Bu gün Çempionlar Liqasında 2-ci mərhələnin cavab oyunlarına yekun vurulub.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” də növbəti matçına bu gün çıxıb. “Ağ-qaralar” Yunanıstanın “Olimpiakos” komandasını qəbul edib.

“Neftçi” ilk matçda “Olimpiakos”a 0:1 hesabıyla uduzmuşdu. “Ağ-qaralar” yunanları mübarizədən kənarlaşdıra bilsə, növbəti mərhələdə “Mura” (Sloveniya) – “Ludoqorets” (Bolqarıstan) oyununun qalibiylə qarşılaşacaqdı. Azərbaycan təmsilçisi məğlub olacağı halda isə Avropa Liqasının 3-cü mərhələsində HİK (Finlandiya) ilə üz-üzə gələcəkdi. Cavab görüşündə də oxşar hesabla uduzan “Neftçi” yoluna Avroliqada davam edəcək.

Çempionlar Liqası, 2-ci mərhələ, cavab oyunları

28 iyul

Neftçi – Olimpiakos (Yunanıstan) 0:1
Qol: G.Masuras, 15.
Baş hakim:
Rikardo de Burqos (İspaniya)
İlk oyun 0:1

Neftçi: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Soares, 14. Romen Bask, 24. Yusuf Laval, 26. Ömər Buludov, 29. Samir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 4. Huqo Basto, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.

Olimpiakos: 88. Kostas Tsolakis, 3. Ruben Semedo, 9. Ahmed Hassan, 18. Pyer Kunde, 19. Georgos Masuras, 24. Usseynu Ba, 25. Svetozar Markoviç, 27. Kenni Lala, 28. Matye Valbuena (k), 66. Pape Abu Sisse. 90. Vasilis Surlis.
Ehtiyat oyunçular: 1. Tomaş Vatslik, 44. İlias Karagiris, 11. Yussef Əl-Arabi, 12. Alqassime Ba, 17. Marius Vrusai, 20. Nikola Çumiç, 34. Avraam Papadopulos, 53. Nikitas Nikolis, 55. Xristos Liatsos, 97. Lazar Randeloviç.
Baş məşqçi: Pedro Martins.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button