“Frayburq”dan darmadağın

Futbol üzrə Almaniya Bundesliqasında 6-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında lider “Bayern” səfərdə “Qroyter”in qonağı olub. Münhen təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

Turun əksər görüşləri şənbə gününə təsadüf edib. “Ayntraxt” – “Köln” matçında qalib müəyyənləşməyib. “Bayer” “Maynts”ı, “Union Berlin” “Arminiya”nı, “Hoffenhaym” isə “Volfsburq”u məğlub yola salıb. “Leyptsiq” “Herta” ilə ev oyununda 6 cavabsız qola sevinib.

Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı ilə Mönhenqladbax “Borussiya”sı üz-üzə gəlib. Dortmundlular bu səfər matçında minimal hesabla məğlub olublar.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Bohum” – “Ştutqart” matçında qapılara qol vurulmayıb. “Frayburq” isə doğma meydanda “Auqsburq”u 3 cavasız qolla məğlub edib.

Almaniya Bundesliqası, 6-cı tur

24 sentyabr

Qroyter – Bayern 1:3
Qol
: İtten, 88 – Müller, 10. Kimmix, 31. Qrisbek, 68-öz qapısına.

25 sentyabr

Ayntraxt – Köln 1:1
Qol
: Borre, 45+5 – Skhiri, 14.

Bayer – Maynts 1:0
Qol
: Virts, 62.

Leyptsiq – Herta 6:0
Qol
: Nkunku, 16; 70. Poulsen, 23. Mukiele, 45+3. Forsberq, 60-pen. Haydara, 77.

Yunion – Arminiya 1:0
Qol
: Behrens, 88.

Hoffenhaym – Volfsburq 3:1
Qol
: Kramariç, 45+2. Baumqartner, 74. Kaderabek, 81 – Baku, 25.

Borussiya M – Borussiya D 1:0
Qol
: Zakariya, 37.

26 sentyabr

Bohum – Ştutqart 0:0

Frayburq – Auqsburq 3:0
Qol
: Kubler, 6. Holer, 25. Qrifo, 33-pen.

Bombardir: Robert Levandovski (“Bayern”), Erlinq Haland (“Borussiya”, Dortmund) – 7 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button