“Volfsburq”u dayandıran tapıldı

Futbol üzrə Almaniya Bundesliqasında 5-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında Berlinin “Herta” komandası “Qroyter”lə qarşılaşıb. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Münhen “Bayern”i doğma meydanda “Bohum”u qəbul edib və 7 cavabsız qola sevinib. “Leyptsiq” isə “Köln”ü sınağa çəkib. Bu görüşdə qalib müəyyənləşməyib.

Sonuncu oyun günündə üç qarşılaşma baş tutub. “Bayer” səfərdə “Ştutqart” üzərində inamlı qələbəyə sevinib. Dortmund “Borussiya”sı evdə “Union Berlin”dən güclü olduğunu 4 qolla isbatlayıb.

Lider “Volfsburq” bu turda “Ayntraxt”ın müqavimətini qırmağa çalışıb. Lakin sözügedən komanda bu oyunda cari mövsümdəki ilk xal itkisinə üzülüb. Beləcə, eyni xala malik “Bayern” zirvəni ələ keçirib və “Volfsburq” ikinci sıraya yuvarlanıb.

Almaniya Bundesliqası, 5-ci tur

17 sentyabr

Herta – Qroyter 2:1
Qol
: Ekkelenkamp, 61. Bauer, 79-öz qapısına – Hrqota, 57-pen.

18 sentyabr

Arminiya – Hoffenhaym 0:0

Auqsburq – Borussiya M 1:0
Qol
: Nyederlexner, 80.

Bayern – Bohum 7:0
Qol
: Sane, 17. Kimmix, 27; 65. Qnabri, 32. Lampropulos, 43-öz qapısına. Levandovski, 61. Şupo-Motinq, 79.

Maynts – Frayburq 0:0

Köln – Leyptsiq 1:1
Qol
: Modeste, 53 – Haydara, 71.

19 sentyabr

Ştutqart – Bayer 1:3
Qol
: Manqala, 38 – Andrix, 2. Şik, 19. Virts, 70.

Borussiya D – Yunion 4:2
Qol
: Gerreyro, 10. Haland, 24; 83. Fridrix, 52-öz qapısına – Kruse, 57-pen. Voqlzammer, 81.

Volfsburq – Ayntraxt 1:1
Qol
: Veqorst, 70 – Lammers, 38.

Bombardir: Robert Levandovski (“Bayern”), Erlinq Haland (“Borussiya”, Dortmund) – 7 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button