“Bayern”dən darmadağın

Futbol üzrə Almaniya Bundesliqasında 20-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Frankfurt “Ayntraxt”ı doğma meydanda autsayderlər sırasında yer alan “Arminiya”nı qəbul edib. Qarşılaşma qonaqların inamlı qələbəsiylə yekunlaşıb.

“Bayer” bu turda “Auqsburq”u sınağa çəkib və doğma meydanda darmadağəna sevinib. Dortmund “Borussiya”sı səfərdə “Hoffenhaym”ın qonağı olub. Beş qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb. Mönhenqladbax “Borussiya”ası isə “Union Berlin”lə matçda növbəti məğlubiyyətə üzülüb.

“Qroyter” “Maynts”ı, “Frayburq” isə “Ştutqart”ı məğlub yola salıb. Dörd qolun qeydə alındığı “Bohum” – “Köln” matçında qalib müəyyənləşməyib.

Turun son matçında lider “Bayern” Berlində “Herta”nı darmadağınla məğlub edib.

Almaniya Bundesliqası, 20-ci tur

21 yanvar

Ayntraxt – Arminiya 0:2
Qol
: Vimmer, 5. Şöpf, 27.

22 yanvar

Bayer – Auqsburq 5:1
Qol
: Bellarabi, 9. Diabi, 24; 65; 69. Alario, 81.

Borussiya M – Yunion 1:2
Qol
: Kone, 40 – Kruse, 18; 84.

Qroyter – Maynts 2:1
Qol
: Dudzyak, 12. Bell, 66-öz qapısına – Onisivo, 90+3.

Frayburq – Ştutqart 2:0
Qol
: İto, 37. Şade, 72.

Hoffenhaym – Borussiya D 2:3
Qol
: Kramariç, 45+1. Rutter, 77 – Haland, 6. Roys, 55. Raum, 66-öz qapısına.

Bohum – Köln 2:2
Qol
: Holtmann, 25. Asano, 70 – Hubers, 36. Modeste, 45.

23 yanvar

Leyptsiq – Volfsburq 2:0
Qol
: Orban, 76. Qvardiol, 84.

Herta – Bayern 1:4
Qol
: Ekkelenkamp, 80 – Tolisso, 25. Müller, 45. Sane, 75. Qnabri, 79.

Bombardir: Robert Levandovski (“Bayern”) – 23 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button