“Bayern”dən çətin qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 2-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Turun açılış matçında “Leyptsiq” “Ştutqart”ı qəbul edib. Meydan sahibləri bu oyunda darmadağına seviniblər.

“Ayntraxt” – “Auqsburq” və “Qroyter” – “Arminiya” matçlarında qalib müəyyənləşməyib. “Bohum” doğma meydanda “Maynts”a qalib gəlibsə, “Volfsburq” “Herta”nı səfərdə üstələyib.

Dortmund “Borussiya”sı çətin “Frayburq” səfərinə yollanıb. Sözügedən komanda bu səfərdən əliboş dönüb. Mönhenqladbax “Borussiya”sı da səfərdə “Bayer”ə böyük hesabla uduzub.

Son çempion “Bayern”in bu turdakı rəqibi “Köln” olub. Münhen təmsilçisi doğma meydanda çətin qələbəyə sevinib.

Almaniya Bundesliqası, 2-ci tur

20 avqust

Leyptsiq – Ştutqart 4:0
Qol
: Soboslai, 38; 52. Forsberq, 46. A.Silva, 65-pen.

21 avqust

Ayntraxt – Auqsburq 0:0

Bohum – Maynts 2:0
Qol
: Holtman, 21. Polter, 56.

Herta – Volfsburq 1:2
Qol
: Lukebakio, 60-pen – Baku, 74. Nmeça, 88.

Qroyter – Arminiya 1:1
Qol
: Hrqota, 50-pen – Klos, 45.

Frayburq – Borussiya D 2:1
Qol
: Qrifo, 6. Sallai, 53 – Keytel, 59-öz qapısına.

Bayer – Borussiya M 4:0
Qol
: Zommer, 3-öz qapısına. Şik, 8. Diabi, 55. Amiri, 87.

22 avqust

Hoffenhaym – Yunion 2:2
Qol
: Akpoquma, 14. Larsen, 30 – Qisselmann, 10. Avoniyi, 47.

Bayern – Köln 3:2
Qol
: Levandovski, 50. Qnabri, 59; 71 – Modeste, 60. Ut, 62.

Bombardir: Florian Kaynts (“Köln”), Mark-Oliver Kempf (“Ştutqart”), Erlinq Haland (“Borussiya”, Dortmund) – 2 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button