“Ayntraxt”dan səfər qələbəsi

Futbol üzrə Almaniya Bundesliqasında 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında Mönhenqladbax “Borussiya”sı səfərdə “Maynts”ın qonağı olub. Komandalar meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Şənbə günü beş qarşılaşma baş tutub. “Bohum” “Hoffenhaym”ı, “Volfsburq” “Auqsburq”u məğlub yola salıb. “Ştutqart” isə evdə “Arminiya”ya uduzub.

Lider “Bayern” bu turda “Frayburq”u sınağa çəkib və çətin qələbəyə sevinib.

Turun mərkəzi görüşündə Dortmund “Borussiya”sı səfərdə “Leyptsiq”lə üz-üzə gəlib. Üç qolun qeydə alındığı bu matç da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Sonuncu oyun günündə üç görüş baş tutub. “Herta” “Bayer”lə, “Köln” isə “Yunion”la ev oyunundan heç-heçə ilə ayrılıb. “Qroyter” isə “Ayntraxt”la ev oyununda məğlubiyyətə üzülüb.

Almaniya Bundesliqası, 11-ci tur

5 noyabr

Maynts – Borussiya M 1:1
Qol
: Vidmer, 76 – Noyhaus, 38.

6 noyabr

Bayern – Frayburq 2:1
Qol
: Qoretska, 30. Levandovski, 75 – Haberer, 90+3.

Bohum – Hoffenhaym 2:0
Qol
: Novotnı, 66. Pantoviç, 90+7.

Volfsburq – Auqsburq 1:0
Qol
: Nmeça, 14.

Ştutqart – Arminiya 0:1
Qol
: Okuqava, 19.

Leyptsiq – Borussiya D 2:1
Qol
: Nkunku, 29. Poulsen, 68 – Roys, 52.

7 noyabr

Herta – Bayer 1:1
Qol
: Yovetiç, 42 – Andrix, 90.

Köln – Yunion 2:2
Qol
: Modeste, 7; 86 – Ryerson, 9. Promel, 45+1.

Qroyter – Ayntraxt 1:2
Qol
: İtten, 90+2 – Rode, 75. Borre, 90+4.

Bombardir: Robert Levandovski (Bayern) – 12 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button