“Borussiya” və “Auqsburq”dan qələbə

Futbol üzrə Almaniya Bundesliqasında 10-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Turun açılış matçında “Hoffenhaym” doğma meydanda “Herta”nı qəbul edib. Meydan sahibləri bu oyunda inamlı qələbəyə seviniblər.

Şənbə günü altı qarşılaşma baş tutub. “Ayntraxt” – “Leyptsiq” matçında qalib müəyyənləşməyib. “Arminiya” doğma meydanda “Maynts”a, “Bayer” isə “Volfsburq”a məğlub olub. “Frayburq” “Qroyter”lə ev oyunundan qalib ayrılıb.

Dortmund “Borussiya”sı bu turda “Köln”ü sınağa çəkib və inamlı qələbəyə sevinib. Almaniya kubokunda Mönhenqladbax “Borussiya”sına darmadağın olan (0:5) “Bayern”in çempionatdakı rəqibi Berlin “Yunion”u olub. Münhen təmsilçisi bol qollu bu matçda darmadağınla qalib gəlib.

Sonuncu oyun günündə iki qarşılaşma baş tutub. “Auqsburq” “Ştutqart”la ev oyununda darmadağına sevinib. Mönhenqladbax “Borussiya”sı isə “Bohum”la ev oyunundan qalib ayrılıb.

Almaniya Bundesliqası, 10-cu tur

29 oktyabr

Hoffenhaym – Herta 2:0
Qol
: Kramariç, 19. Rudi, 36.

30 oktyabr

Arminiya – Maynts 1:2
Qol
: Laursen, 42 – J.S.Li, 25. Burkardt, 69.

Bayer – Volfsburq 0:2
Qol
: Nmeça, 48. Arnold, 51.

Borussiya D – Köln 2:0
Qol
: T.Hazard, 40. Tiggers, 64.

Yunion – Bayern 2:5
Qol
: Gisselmann, 43. Ryerson, 65 – Levandovski, 15; 23. Sane, 35. Koman, 61. Müller, 79.

Frayburq – Qroyter 3:1
Qol
: Asta, 20-öz qapısına. Hofler, 39. Qrifo, 79-pen – Levelinq, 74.

Ayntraxt – Leyptsiq 1:1
Qol
: Tuta, 90+4 – Poulsen, 35.

31 oktyabr

Auqsburq – Ştutqart 4:1
Qol
: Oksford, 30. Qauveleuv, 53. Nyederlexner, 72. Finnboqason, 81 – Fuhrix, 7.

Borussiya M – Bohum 2:1
Qol
: Plea, 12. Hofmann, 40 – Blum, 86.

Bombardir: Robert Levandovski (Bayern) – 10 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button