Rəsmi: “Səbail” və “Qəbələ” avrokuboklara, “Kəpəz”lə “Turan Tovuz” isə Premyer Liqaya buraxılmadı!

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda 2021-2022-ci il mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Qarabağ” , “Neftçi”, “Sumqayıt”, “Zirə”, “Keşlə”, “Sabah”; 

2. Premyer Liqada iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin: “Qəbələ”, “Səbail”; 

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin: “Kəpəz”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, “Zaqatala”. 

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button