AFFA Ramin Quliyevə görə “Sabah”a xəbərdarlıq etdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub:

Premyer Liqanın 6-cı turunun “Zirə” – “Sumqayıt” oyununda meydança vaxtında sulanmadığı üçün meydan sahibi klub 800 manat cərimə olunur.

“Keşlə” – “Sabah” oyununda “Sabah” klubunun bəzi rəsmi şəxsləri “A” buraxılış vərəqəsindən istifadə etmədiyinə görə klub 800 manat cərimə olunur. Klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.

Mətbuat konfransı zamanı “Sabah” klubunun baş məşqçisi Ramin Quliyev hakimlərin idarəçiliyinə qarşı iradlarla çıxış etdiyinə görə kluba xəbərdarlıq edilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button