“Bu günə şükürlər olsun” – “Neftçi”nin qapıçısı

Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınmış oyunda “Qarabağ”ı məğlub edən (2:1) “Neftçi” turnir cədvəlində 4-cü pilləyə yüksəlib.

Komanda.az xəbər verir ki, matçdan sonra “ağ-qaralar”ın qapıçısı Emil Balayev klubun televiziya kanalına açıqlama verib: 

“Uzun müddət idi, “Qarabağ”ı məğlub edə bilmirik. Bu günə şükürlər olsun. Etimad göstərən hər kəsə təşəkkür edirəm. Çalışdım ki, gözləntiləri qarşılayım. Qapıçı mövqeyində qlobal dəyişiklik olmadı. Hər birimiz meydana çıxmağa daim hazırıq. Qələbə münasibətilə bütün “Neftçi” ailəsini təbrik edirəm”.

Balayev, aprelin 26-da “Qarabağ”a 1:5 hesabı ilə uduzduqları oyunu da xatırladıb:

“Həmin matçda oyunumuz alınmadı. Bu görüşdə isə qalib gəldik. Əvvəlki qarşılaşmadakı məğlubiyyətə baxmayaraq, azarkeşlərimiz bizi tək qoymadılar, dəstək oldular. Onların dəstəyi sayəsində qalib gəldik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button