Bu futbolçu və məşqçilər ömürlük cəza aldılar – RƏSMİ

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

1-ci Liqada “İrəvan” klubunda çıxış edən 01.05.1999-cu il təvəllüdlü Atlam Ege Adnan oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

1-ci Liqada “İrəvan” klubunda çıxış edən 16.03.1996-cı il təvəllüdlü Muradbəyli Fəhmin Surxay oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

“Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi, 23.10.1995-ci il təvəllüdlü Həsənov Rüfət Elçin oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

26.06.1993-cü il təvəllüdlü Rüstəmov Yusif Vidadi oğlu danışılmış oyunlarda iştiraka görə ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

1-ci Liqada “İrəvan” klubunda çıxış edən 08.01.2002-ci il təvəllüdlü Məhərrəmov Ramin Faiq oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Sınaq müddəti 1 il təyin edilib.

1-ci Liqada “İrəvan” klubunda çıxış edən 14.09.1994-cü il təvəllüdlü Mirzəyev Kamal Nəsrullah oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Sınaq müddəti 1 il təyin edilib.

2-ci Liqada “Baku Sporting” klubunda çıxış edən 29.01.1996-ci il təvəllüdlü Rəhimov Vüqar Əlibaba oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Sınaq müddəti 1 il təyin edilib.

2-ci Liqada “Lerik” klubunda çıxış edən 09.09.1992-ci il təvəllüdlü Ramazanlı Xətai Rəfail oğlu danışılmış oyun barədə məlumatı olub, müvafiq orqanlara məlumat vermədiyinə görə 1 il şərti olmaqla 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib. Sınaq müddəti 1 il təyin edilib.

2-ci Liqada “Qusar” klubunun vitse-prezidenti 16.11.1991-ci il təvəllüdlü Xudadatov Elvin Elşad oğlu mərc oyunlarında iştirak etdiyinə görə 1200 manat cərimə edilir, 2 il müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button