“Real” artıq qələbə qazanmağa borcludur”

İspaniya La Liqasının son turunda “Vilyarreal”la 2:2 hesablı heç-heçə edən “Real”ın futbolçusu Kazemiro açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu, klubun hazırkı vəziyyəti ilə bağlı bunları deyib:

“Bizdə hər mənada çatışmazlıq var. Daha çox qol vurmalı və daha yaxşı müdafiə olunmalıyıq. Bu, bir komandadır. Müdafiə olunanda da, hücum edəndə də, birlikdə edirik. “Real” artıq qələbə qazanmağa borcludur, geyindiyimiz forma buna məcbur edir. Burda oynamaq çətindir. 65 dəqiqə oyuna nəzarət edirik, amma rəqib iki hücumda qol vurdu. Oyuna nəzarət edirik, qol şanslarımız olur, düşünürəm ki, yaxşı oynadıq. Amma bu formanı geyinirsizsə, hər zaman qalib gəlməlisiz.

Bu heç-heçə sayəsində xal əldə etdik. Qarşıda millinin oyunları ilə bağlı fasilə var. Bu müddətdə öz üzərimizdə çalışmağa davam etməliyik”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button