“Bu, çox şeyi ifadə etmir” – “Real”ın sabiq futbolçusu

“Sampdoriya”nın hücumçusu Xese Rodriges İtaliya A Seriyasının 30-cu turunun “Leççe” ilə matçından sonra (1:1) açıqlama verib.

Komanda.az “ITASportPress”-ə istinadən xəbər verir ki, Genuya təmsilçisinin heyətində ilk qolunu vuran futbolçu hər qarşılaşmada qələbəyə ehtiyac duyduqlarını dilə gətirib:

“Həqiqətən, bu, çox şeyi ifadə etmir. Hər oyundan üç xal qazanmağa ehtiyacımız var. Lakin indi növbəti dəfə üçün yalnız ümid edə bilərik”.

Cari mövsümdə o, İtaliya klubunun heyətində 8 oyuna çıxıb, bir qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

“Sampdoriya” hazırda ölkə çempionatının turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, Xese karyerası ərzində İspaniyanın “Real”, “Las Palmas”, “Betis”, Fransanın PSJ, İngiltərənin “Stok Siti”, Portuqaliyanın “Sportinq”, Türkiyənin “Ankaragücü” klublarında forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button