“Bu “Barselona”nı bəyənirəm” – Fabreqas

“Monako”nun ispaniyalı yarımmüdafiəçisi Sesk Fabreqas “Barselona”nın baş məşqçisi Xavinin nəticələrini şərh edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Barselona”nın keçmiş futbolçusu, Kataloniya komandasının oyununu izləməkdən həzz aldığını bildirib:

“Bu “Barselona”nı bəyənirəm, onların oyununu izləməkdən həzz alıram. Xavi komandanın ruhunu geri qaytarıb. Müxtəlif futbolçular bir-biri ilə mükəmməl birləşib. Onları bu ruh birləşdirir.

Xavi təcrübə qazanmağa davam etməlidir. Amma o, artıq komandanı öz gücünə inandırıb, hər şey yaxşı gedir”.

“Barselona” La Liqada 54 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button