
Şevçenko: “Bu, əla futbol axşamı olacaq”
Ukraynalı sabiq futbolçu Andrey Şevçenko qarşıdan gələn “İnter” – “Milan” derbisi haqqında danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər iki İtaliya komandasının ən yaxşı oyunlarını göstərəcəyinə və azarkeşlərə unudulmaz bir matç təqdim edəcəyinə əmindir:
“Düşünürəm ki, bu, əla futbol axşamı olacaq. Hər iki komanda yüksəlişdədir və mən əla oyun gözləyirəm”.
“İnter” – “Milan” oyunu noyabrın 23-də keçiriləcək.
Şevçenko 1999-cu ildən 2006-cı ilə qədər “Milan”da oynayıb. Komanda hazırda İtaliya A Seriyasının turnir cədvəlində 3-cü yerdədir. Klub sonuncu dəfə çempionluğu 2022-ci ildə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



