Brozoviç hansı klubu seçəcək?

“Barselona” “İnter”in yarımmüdafiəçisi Marselo Brozoviçlə maraqlanır.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, kataloniyalıların baş məşqçisi Xavi onu yarımmüdafiənin əsas fiquruna çevirmək istəyir.

30 yaşlı futbolçu ilə Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu da maraqlanır. Agentlərin futbolçuya “Əl-Nəsr”ə keçməsi üçün təzyiq göstərdiyi bildirilir.

Brozoviç 2015-ci ilin yanvarından “İnter”də çıxış edir. O, 2022/23 mövsümündə bütün yarışlarda 40 matçda 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button