Balotelli bağışlandı

“Breşiya” klubunda məşqdən qovulan Mario Balotelli bağışlanıb.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Bir müddət əvvəl komandanın məşqində baş məşqçi Fabio Qrosso və futbolçularla mübahisə edən Balotelli, məşqdən qovulmuş və klubun bazasını tərk etmişdi.

Klubun prezidenti Massimo Çellino ilə söhbət etdikdən sonra bağışlanan Balotelli, dünən komandanın son məşqində iştirak edib.

“Breşiya” İtaliya A Seriyasının 13-cü turu çərçivəsində sabah “Roma” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button