
“Brentford”dan hücumçusu ilə yeni müqavilə
“Brentford” braziliyalı hücumçusi İqor Tiaqo ilə yeni müqavilə imzalayıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni sözləşmənin müddəti 2031-ci ilin ortalarına qədər nəzərdə tutulub və bir mövsüm uzadılma imkanı da mövcuddur.
24 yaşlı forvard 2024-cü ilin yayından “Brentford”da çıxış edir. O, cari mövsümdə 27 oyunda iştirak edib, 18 qol vurub və 1 məhsuldar ötürmə verib.
“Brentford” İngiltərə çempionatında 26 turdan sonra 40 xal toplayaraq, turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



