Yaşıl buts geyindiyi üçün cərimələndi – “Mançester Siti”nin keçmiş futbolçusu

Braziliyanın “Korintians” klubu futbolçusu Jonu cərimələyib.

Komanda.az xəbər verir ki, 34 yaşlı hücumçu “Bahia” ilə matçda (0:0) yaşıl buts geyindiyi üçün cərimələnib.

“Korintians” klubu əzəli rəqibi olan “Palmeyras”ın rəmzi rəngi olan yaşıl butsdan istifadəni rəqibinə hörmətsizlik hesab edib və Jonu cərimələyib.

Jo oyundan sonra verdiyi açıqlamada, rəngin yaşıl deyil, firuzəyi olduğunu bildirib və “Korintians” azarkeşlərinə, onların əzəli rəqiblərinə hörmətsizlik etmədiyini deyib.

Jo daha əvvəl İngiltərədə “Mançester Siti”, Türkiyədə “Qalatasaray” kimi klublarda çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button