
Ederson gedir – Türkiyə çempionatının səviyyəsindən narazıdır
“Fənərbaxça”nın qapıçısı Ederson Moraes komandanı tərk etməyə qərar verib.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, braziliyalı qolkiper Türkiyə çempionatının səviyyəsindən narazıdır. Onun 2026-cı il dünya çempionatından sonra İstanbul təmsilçisi ilə yollarını ayırmağı planlaşdırdığı bildirilir.
32 yaşlı qapıçının “Fənərbaxça” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir. Onun illik maaşının təxminən 12 milyon avro olduğu bildirilir.
O, cari mövsümdə İstanbul təmsilçisinin heyətində 36 oyunda meydana çıxıb və bu matçların 13-də qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



