
Braziliyalı futbolçu “Mançester Yunayted”ə “yox” deyib
“Nyukasl”ın yarımmüdafiəçisi Bruno Gimarayeş karyerasını hazırkı komandasında davam etdirmək niyyətindədir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçuya “Mançester Yunayted” tərəfindən ciddi şəkildə maraq olsa da, o, transferə açıq deyil.
Gimarayeş “sağsağanlar”ın düşərgəsində özünü tam rahat hiss edir və klubdan ayrılmaq istəmir.
28 yaşlı yarımmüdafiəçinin “Nyukasl”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, cari mövsümdə İngiltərə Premyer Liqasında 23 oyuna çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



