Daha iki ölkədə futbol yarışları təxirə salındı

Braziliya və Meksikada futbol yarışları qeyri-müəyyən müddətə təxirə salınıb.

Komanda.az xəbər verir ki, bu barədə hər iki ölkənin futbol qurumları məlumat yayıb. Təxirə salınmaya səbəb koronavirus pandemiyasının yayılmasının qarşısını almaqdır.

Braziliyada 200, Meksikada isə 41 nəfər koronavirusa yoluxub.

Hazırda koronavirus pandemiyasına görə ABŞ-da, İtaliyada, İspaniyada, Almaniyada, Fransada, Azərnbaycanda, İngiltərədə, Niderlandda, Portuqaliyada, Qazaxıstanda, Özbəkistanda və başqa bir neçə ölkədə futbol yarışları təxirə salınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button