“Braqa” zəfəri “Qarabağ”a 1,2 milyon avro qazandırdı

UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu mübarizədən kənarlaşdıran “Qarabağ”ın qazandığı mükafatın məbləği bəlli olub.

Komanda.az xəbər verir ki, 1/8 finala yüksələn ölkə çempionu Avropa futbol qurumundan 1,2 milyon avro alacaq.

Qeyd edək ki, “köhlən atlar” Portuqaliyada rəqibini 4:2 hesabı ilə məğlub edib.

Bakıdakı cavab qarşılaşmasının əsas vaxtında qonaqlar qələbə qazandığından (2:0), əlavə vaxta ehtiyac duyulub. “Braqa”dan güclü olan (3:2) Ağdam klubu ümumi hesabda (6:5) Portuqaliya təmsilçisini üstələyərək mərhələ adlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button