
“Borussiya” müdafiəçisi ilə danışıqları dayandırıb
Dortmund “Borussiya”sı müdafiəçisi Niko Şlotterbeklə müqavilənin müddətinin uzadılmasını təxirə salıb.
Komanda.az xəbər verir ki, bu barədə “Sky Sports” məlumat yayıb.
Bir neçə gün əvvəl müqavilənin əsas detalları barədə razılığa gəlinməsinə baxmayaraq, tərəflər arasında danışıqlar dalana dirənib. “Borussiya” hətta milli komandalara görə fasilədən sonra 26 yaşlı oyunçu ilə yeni müqavilə imzalaya biləcəyinə inanırdı.
Almaniyalı futbolçu bu mövsüm bütün yarışlarda 30 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



