Almaniya klubu forma satıb, pulunu Türkiyəyə göndərəcək

“Borussiya” (Dortmund) yeni formasını təqdim edib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bundesliqa təmsilçisinin mətbuat xidmətinin rəhbəri yeni formada istifadə olunan rənglərin mənasından danışıb:

“Kömür və polad artıq yoxdur. Lakin bu şəhər o dövrün insanlarını heç vaxt unutmayacaq. Onların “Borussiya”ya olan həvəsini xarakterizə edən alov fasiləsiz alovlanır və şəhəri, azarkeşləri, klubu birləşdirir”.

Almaniya çempionatının 21-ci turunun “Borussiya” – “Herta” matçı üçün yeni formalar hərraca çıxarılacaq. Nəticədə, Almaniya klubu əldə olunan gəliri Türkiyə və Suriyada baş verən zəlzələlər nəticəsində zərər görən şəxslər üçün göndərəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button