
“Borussiya”dan italiyalı futbolçu ilə yeni müqavilə – Rəsmi
“Borussiya” (Dortmund) hücumçusu Samuele İnasio ilə müqavilənin müddətini uzadıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında yeni sözləşmənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
18 yaşlı italiyalı futbolçu ötən həftə Almaniya Bundesliqasında “Ayntraxt”a qarşı keçirilən matçda (3:2) əsas komandada ilk qoluna imza atıb.
Hücumçu 2025/2026 mövsümündə Almaniya çempionatında 6 oyuna çıxıb. O, klubun gənclər və əvəzedici heyəti də daxil olmaqla, ümumilikdə 31 qarşılaşmada 11 qol vurub və 2 məhsuldar ötürmə edib.
İnasio İtaliyanın “Atalanta”, “Napoli”, “Torino” və “Leççe” klublarında çıxış etmiş braziliyalı Juan Batista İnasionun oğludur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



