“Borussiya” “Kruzeyro”nun müdafiəçisi ilə anlaşıb

Dortmund “Borussiya”sı “Kruzeyro”nun müdafiəçisi Kaua Prateslə müqavilə bağlamağa yaxındır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 17 yaşlı futbolçu artıq “arılar”la razılığa gəlib və müqaviləsinin müddəti 2031-ci ilə qədər nəzərdə tutulub.

Transfer üçün “Kruzeyro”ya 12 milyon avro, o cümlədən bonuslar ödəniləcək. Razılaşmanın rəsmiləşməsi mövsümün sonuna yaxın baş tutacaq, yayda isə Prates yeni klubuna qoşulacaq.

Braziliyalı futbolçu 2025-ci ilin mayından “Kruzeyro”nun əsas komandasında çıxış edir. O, bu müddətdə 15 oyuna çıxıb, 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button