“Liverpul”la müqaviləsini yeniləmək istəmir

“Liverpul”un yarımmüdafiəçisi Nabi Keyta yenidən Almaniya Bundesliqasına qayıda bilər.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, o, cari mövsümün sonunda “Liverpul”la başa çatacaq müqaviləsini yeniləmək istəmir.

28 yaşlı futbolçunun xidmətində “Leyptsiq” və “Borussiya” (Dortmund) maraqlıdır. Dortmund təmsilçisi onu Çud Bellingemin əvəzləyicisi kimi nəzərdən keçirir.

Nabi Keyta 2018-ci ildə “Leyptsiq”dən Mersisayd təmsilçisinə keçib. O, 2022/23 mövsümündə “Liverpul”un heyətində bütün yarışlar daxil olmaqla 13 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button