
“Bornmut” ispan müdafiəçinin transfer hüququnu istəyir
“Bornmut” ispaniyalı müdafiəçi Aleks Ximenesi heyətində saxlamaq niyyətindədir. Premyer Liqa təmsilçisi onun transfer hüquqlarını “Milan”dan almağa hazırdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Ximenes “Bornmut”un daimi futbolçusu olmağa çox yaxındır. Klub “Milan”la müqavilədə nəzərdə tutulan satınalma şərtini aktivləşdirməyi planlaşdırır.
Razılaşmaya əsasən, 20 yaşlı futbolçu ilə müddəti 2030-cu ilin yayına qədər olan müqavilə imzalanacaq, əlavə olaraq müddətin 2031-ci ilə qədər uzadılması imkanı da olacaq.
Hazırda “Bornmut”da icarə əsasında çıxış edən Ximenes bu mövsüm İngiltərə Premyer Liqasında 19 oyuna çıxıb və 1 qol vurub. O, İngiltərə kubokunda da 1 matçda iştirak edib və 1 məhsuldar ötürmə verib.
Bizi Facebook-da izləyin



