Bonuççi Almaniya klubunda – Rəsmi

“Yuventus”dan ayrılan Leonardo Bonuççi “Union”la müqavilə imzalayıb.

Komanda.az Almaniya klubunun rəsmi saytına istinadən xəbər ki, 36 yaşlı italiyalı futbolçu ilə müqavilə 2024-cü ilin yayına kimi nəzərdə tutulub. O, komandaya azad agent kimi qoşulub.

Bu ilin yayında Turin təmsilçisinin Bonuççini əsas komandadan kənarlaşdırdığı və müdafiəçiyə yeni klub axtara biləcəyini bildirdiyi məlum olmuşdu.

Bonuççi 2018-ci ildən “Yuventus”da çıxış edirdi. O, komandanın heyətində 502 oyun keçirib, 37 qol vurub və 10 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button