
Bolqarıstan klubu “Qarabağ”la qarşılaşa biləcəyini açıqladı
“Qarabağ”ın Avstriyada keçiriləcək təlim-məşq toplanışı zamanı rəqiblərindən biri müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu, Bolqarıstanın ÇSKA (Sofiya) komandası olacaq. Oyun iyunun 27-də keçiriləcək. Amma klubun rəsmi saytında qeyd edildiyi kimi, bu matç baş tutmaya bilər. Çünki Sofiya klubu Avropa Liqasının ikinci təsnifat mərhələsinin püşkatmasında “Qarabağ”ın potensial rəqiblərindəndir.
“Qarabağ” hələlik qarşıdakı təlim-məşq toplanışı üçün rəqiblərini açıqlamayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



