“Bolonya”nın baş məşqçisi 3 klubun “radar”ındadır

“Bolonya”nın baş məşqçisi Vinçenzo İtaliano digər klubların maraq dairəsinə düşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssislə ən ciddi şəkildə maraqlanan klub “Napoli”dir. Neapol təmsilçisi artıq bir neçə ildir onun fəaliyyətini izləyir.

Bundan əlavə, “Bornmut” və “Milan” da italiyalı məşqçini diqqətdə saxlayır.

Onun “Bolonya” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. İtaliano 2024-cü ildən “Bolonya”nı çalışdırır və ötən mövsüm komandanı İtaliya kubokunun qalibi edib. Onun komandası hazırda A Seriyasında 32 turdan sonra 48 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button